Azərbaycan millisi 17 medalla komanda hesabında birinci oldu

Azərbaycan millisi 17 medalla komanda hesabında birinci oldu

Bakıda “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirdə yeniyetmə qız boksçuların mübarizəsinə yekun vurulub.

Sports.az xəbər verir ki, 8 ölkənin qatıldığı yarışda Azərbaycan millisi 17 medal qazanıb.

İlkin Ağayevin baş məşqçisi olduğu U-17 komandamızın heyətində Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq) və Səma Abbasova (66 kq) turnirin qalibi adına yiyələniblər.

Yeganə Rəhimova (48 kq), Fatimə Məmmədli (50 kq), Cəmilə Muradlı (57 kq), Rəmziyə Mirzəyeva (70 kq) gümüş, Nəsrin Abdullazadə, Aysan Miriyeva (hər ikisi 46 kq), Nurgül Ocaqova (48 kq), Tunca Mürşüdova, Sima İsmayılova (hər ikisi 50 kq), Alsu Yafarova (52 kq), Nərmin Abdullazadə, Ayan Novruzlu (hər ikisi 54 kq), Emiliya Beydullayeva (57 kq) və Aynur Vəlizadə (63 kq) bürünc medal qazanıblar.

Beləliklə, 3 qızıl, 4 gümüş və 10 bürünc medal qazanan Azərbaycan millisi qız boksçuların yarışında komanda hesabında 1-ci yeri tutub. İkinci yeri Gürcüstan (3-1-1), üçüncü pilləni neytral idmançılardan ibarət komanda (AİN, 1-2-1) tutub.

Azərbaycan, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komandanın qatıldığı yarışda oğlanların mübarizəsinə sabah yekun vurulacaq.

Son xəbərlər
"Gəncədə bizi nəyin gözlədiyini bilirik" - Rəşad Sadıqov
Millimizin üzvü Belçikadan təklif alıb?
Cüdo millimizdən rekord nəticə
Palmerlə müqavilə uzadıldı
"Turan Tovuz" 3 xalı 1 qolla qazandı
Daha bir boksçumuz qitə çempionu oldu
Ronaldo millidən kənarlaşdırıldı
"Neftçi" gərgin mübarizədə "Ordu"nu uddu -ABL-də turun nəticələri
"Kür" EHF Avropa Kubokunda mərhələ adladı
"Qarabağ" "İmişli"ni məğlub etdi
"Real"dan qələbə, "Barselona"dan darmadağın
Messi və Suares qocalmaq bilmir
Cəmilə Muradlı Avropa çempionu oldu
"Mançester Yunayted"dən uğursuz start
"İmişli" - "Qarabağ": Heyətlər
"Fənərbağça"dan inamlı səfər qələbəsi
Mingəçevirdə avrokubokun cavab matçı keçiriləcək
1000-ci oyuna aparan yol
"Qarabağ" bu gün 1000-ci oyununa çıxacaq
"Liverpul" - "Mançester Siti" oyunu hansı telekanalda -TV Proqram
"Slaviya" bu oteldə məskunlaşacaq
1000-ə nə qaldı?
"Qaradəniz derbisi" "Trabzonspor"un
"Çelsi"dən darmadağın
Mahir Emrelinin komandası uduza-uduza gedir
"Gəncəbasar" itkisiz irəliləyir
"Kür" APOEL-i darmadağın etdi
Zirədə sülh, Sumqayıtda darmadağın
Avropa Avarçəkmə Federasiyasının prezidenti Su İdmanı Federasiyasında olub
Cüdo üzrə dünya çempionatında daha 2 medal
DAHA ÇOX

Ən çox oxunanlar