Dünya futbolu
“Çelsi”nin baş məşqçi vəzifəsinə namizədlər məlumdur

06.05.2026 | 22:20
Məlum olduğu kimi, “Çelsi” rəhbərliyi “zadəganlar”ın sükanı arxasına namizədləri baxışdan keçirir.
Sport.az xəbər verir ki, London klubu hazırda üç namizəd üzərində diqqət cəmləyib.
İspan mütəxəssislər – Xabi Alonso (işsiz) və Andoni İralola (“Bornmut”) və portuqal mütəxəssis Marku Silva (“Fulhem”) “zadəganlar”ın əsas seçimləridir. Əsas üstünlüyün məhz Xabi Alonsoya verildiyi vurğulanır.
Xatırladaq ki, “Çelsi”nin sükanı cari mövsümün sonuna qədər müddətə ingilis mütəxəssis Kalum Makfarlana müvəqqəti əsasda həvalə edilib.
Son xəbərlər





























