Dünya futbolu
Bruno Fernandes Ruben Amorimin “Mançester Yunayted”ə gəlişinə şaddır
30.10.2024 | 22:30
“Mançester Yunayted”in portuqal hücumameyilli yarımmüdafiəçisi və kapitanı Bruno Fernandes, “qırmızı şeytanlar”ın portuqal mütəxəssis Ruben Amorimi komandaya baş məşqçi təyin etmək qərarından məmnundur.
Sports.az xəbər verir ki, Fernandes həmyerlisinin məşqçilik fəaliyyətinin böyük pərəstişkarıdır.
Xatırladaq ki, əvvəllər Britaniya mətbuatının bir çox dərgiləri portuqal çalışdırıcını “Mançester Siti” ilə əlaqələndirirdi. Daha əvvəl xəbər yayılıb ki, “Mançester Yunayted” Amorimlə müqaviləni vaxtından əvvəl pozması üçün “Sportinq”ə 10 milyon avro məbləğində təzminat ödəməyə hazırdır. Bildirilir ki, portuqal mütəxəssis və “qırmızı şeytanlar” daha bir il müddətinə uzadılması ehtimalı ilə iki illik müqaviləyə razılaşıblar.