Dünya futbolu
“Mançester Siti”nin zədəliləri sıraya döndülər
11.12.2024 | 11:20
"Mançester Siti"nin 2 futbolçusu zədədən qayıdıb.
Sports.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Fil Foden və Mateo Kovaçiç Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda keçiriləcək "Yuventus"a qarşı oyundan əvvəl məşqdə iştirak ediblər. Onların yaxın zamanda yaşıl meydanlara qayıdacaqları gözlənilir.
Foden dekabrın 1-də "Liverpul"la matçdan (0:2) sonra, Kovaçiç isə noyabrın 9-da "Brayton"la görüşdən (1:2) sonra "Mançester Siti"nin heyətində oyuna çıxmayıblar.