Dünya futbolu
Mançester nəhəngləri gənc niderlandlı yarımmüdafiəçi uğrunda çəkişəcəklər
16.12.2024 | 18:15
“Mançester Yunayted” və “Mançester Siti” cari mövsümün sonuna qədər PSJ-dən icarə əsasında “Leypsiq”də çıxış edən, PSJ-nin 21 yaşlı niderlandlı yarımmüdafiəçisi Xavi Simonsla maraqlanırlar.
Sports.az xəbər verir ki, niderlandlı futbolçunun “Leypsiq”dəki icarə müddəti bitdikdən sonra karyerasını PSJ-də davam etdirməsi gözlənilmir.
Vurğulanır ki, Simons özü də “qırmızı şeytanlar”ın baş məşqçisi, portuqal mütəxəssis Ruben Amorimin rəhbərliyi altında çalışmaq fürsəti ilə maraqlanır.