Dünya futbolu
ÇL-də iştirak edən klub baş məşqçisini qovdu
17.12.2024 | 09:30
UEFA Çempionlar Liqasında iştirak edən Avstriya təmsilçisi "Zalsburq"un baş məşqçisi Pepeyn Leynders vəzifəsindən qovulub.
Sports.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı mütəxəssis komandanın qeyri-qənaətbəxş nəticələrinə görə postundan kənarlaşdırılıb.
"Zalsburq" mübarizə apardığı Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlmək şansını itirib. Kollektiv Avstriya çempionatında lider "Şturm"dan 10 xal geri qalaraq beşinci pillədə qərarlaşıb.