Dünya futbolu
“Yuventus” və “Barselona” nümayəndələri görüş keçirdilər
10.01.2025 | 14:00
“Yuventus” və “Barselona”nın nümayəndələri görüş keçiriblər və “blauqrana”nın üç futbolçusunun “byankoneri”nin düşərgəsinə mümkün keçidini müzakirə ediblər.
Sports.az xəbər verir ki, danışıqlar uruqvaylı mərkəz müdafiəçisi Ronald Arauxonun keçidinin müzakirəsi ilə başlayıb.
Danışıqların gedişində isə Kataloniya klubu “blauqrana”nın ispaniyalı cinah hücumçusu Ansu Fati və danimarkalı mərkəz müdafiəçisi Andreas Kristenseni də Turin klubuna təklif edib.
Vurğulanır ki, “Yuventus” hazırda bu iki təkliflə maraqlanmır, amma Arauxonun transferini “Barselona” ilə geniş müzakirə etməyə hazırdır.