Dünya futbolu
İtaliya superkubokunun qalibi müəyyənləşdi

23.12.2025 | 01:10
İtaliya superkubokunun qalibi müəyyənləşib.
Sports.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən həlledici qarşılaşmada “Napoli” “Bolonya” ilə qarşılaşıb.
Hər hissədə bir qol vuran Neapol təmsilçisi superkubokun qalibi olub. “Napoli”nin heyətində David Neres dubla imza atıb.
Bununla da “Napoli” tarixində üçüncü dəfə İtaliya superkubokunu qazanıb. Komanda buna qədər 1990 və 2014-cü illərdə turnirin qalibi olub.
Son xəbərlər





























