Dünya futbolu
“Arsenal” “Lill”in ulduzu ilə danışıqlara başladı

23.12.2025 | 18:00
“Lill”in 18 yaşlı fransalı gənc ulduzu, mərkəz yarımmüdafiəçisi Əyyub Buaddi karyerasını “Arsenal”da davam etdirə bilər.
Sports.az xəbər verir ki, “topçular” keçidlə bağlı, Buaddi ilə danışıqlara başlayıblar və “Lill”i də razı salacaq plan üzərində işləyirlər.
Vurğulanır ki, əsas çətinlik, Buaddinin bu yaxınlarda “itlər”lə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalamasındadır. Bununla belə, gənc futbolçunun “Arsenal”a keçidi istisna edilmir.
Sövdənin 45 milyon avro məbləğ müqabilində gerçəkləşdirilə biləcəyi bildirilir.
Son xəbərlər





























