Dünya futbolu
“Real” Endriki icarəyə verdi

23.12.2025 | 23:30
"Real" futbolçusu Endriki icarəyə göndərib.
Sports.az xəbər erir ki, 19 yaşlı hücumçu karyerasını Lion “Olimpik”ində davam etdirəcək.
Bu barədə Fransa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Braziliyalı forvard cari mövsümün sonunadək Lion klubunun formasını geyinəcək.
Endrik bu mövsüm bütün yarışlarda 3 oyunda iştirak edib və ümumilikdə 99 dəqiqə meydanda olub. Onun Madrid klubu ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir.
Son xəbərlər





























