Dünya futbolu
Fermin Lopes “Barselona”nın Çempionlar Liqasında zəfərinə inanır

28.12.2025 | 11:00
“Barselona”nın ispan yarımmüdafiəçisi Fermin Lopes “blauqrana”nın Çempionlar Liqasındakı zəfərinə inandığını bildirib.
Sports.az ispan futbolçunun müvafiq qənaətini təqdim edir:
“Rəqabətəqadir komandamız var – bir daha cəhd edəcəyik. Hələ hədəfdən çox uzağıq, məqsədimizə doğru addım-addım getməyimiz gərəkdir. Amma biz finala yüksəlmək və qalib gəlmək istəyirik”, deyə Lopes vurğulayıb.
Son xəbərlər





























