Dünya futbolu
MS PSJ-nin yarımmüadafiəçisini satın almağı hədəfləyib

23.04.2026 | 12:00
“Mançester Siti” PSJ-nin 21 yaşlı portuqal mərkəz yarımmüdafiəçisi Juan Neveşi satın almağı hədəfə alıb.
Sports.az xəbər verir ki, “Mançester Siti” Neveş müqabilində PSJ-nin tələb etdiyi 150 milyon avro məbləği ödəməyə hazırdır.
Vurğulanır ki, klub rəhbərliyi bu yolla “şəhərlilər”in baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiolanın “Mançester Siti”də daha uzun müddətə qalmasını təmin etmək istəyir. Belə ki, “şəhərlilər”lə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq “Pep”, Juan Neveşin istedadının böyük pərəstişkarıdır.
Son xəbərlər





























