Dünya futbolu
Yamal zədələndi

23.04.2026 | 14:20
"Barselona"nın futbolçusu Lamin Yamal zədələnib.
Sports.az xəbər verir ki, 18 yaşlı hücumçu İspaniya La Liqasının 33-cü turunun "Selta"ya qarşı ev oyununda (1:0) sıradan çıxıb.
O, ilk hissənin sonlarında penalti qazanıb və zərbəni özü vurub. Bundan sonra Yamal meydanda buduna yapışaraq uzanıb. Daha sonra o, meydanı tərk edib.
ESPN-nin yaydığı məlumata görə, ilkin diaqnoz bud əzələsinin yırtığıdır. Forvardın cari mövsüm meydana çıxa bilməyəcəyi gözlənilir. Lakin futbolçunun daha dəqiq durumu bugünkü tibbi müayinədən sonra müəyyənləşəcək.
Yamal 2025/26 mövsümündə 45 oyunda 24 qol vurub və 18 məhsuldar ötürmə edib.
Son xəbərlər





























