Dünya futbolu
Mahirin komandası yenə uduzdu

03.05.2026 | 11:40
Almaniya ikinci Bundesliqasında 32-ci turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, milli komandamızın hücumçusu Mahir Emrelinin də formasını geydiyi “Kayzerslautern” səfərdə "Dinamo Drezden"in qonağı olub.
Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0.
Qeyd edək ki, Mahir Emreli bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Bu məğlubiyyətdən sonra əvvəlki kimi 46 xalda qalan “Kayzerslautern” 7-ci pillədə qərarlaşıb.
Son xəbərlər





























