Dünya futbolu
Nəriman oynadı, komandası uduzdu

03.05.2026 | 13:20
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kru” MLS-də növbəti oyuna çıxıb.
Sports.az xəbər verir ki, sözügedən komanda 11-ci turda öz meydanında “Minnesota” ilə qarşılaşıb və 2:3 heabı ilə uduzub.
Meydan sahibləri hesabda 2:0 öndə olsalar da, qonaqlar 3 qol vuraraq əzmkar qələbə qazanıblar.
Nəriman Axundzadə matçın 81-ci dəqiqəsində - bütün qollar artıq vurulduqdan sonra oyuna daxil olub.
“Kolumbus Kru” hazırda Şərq Konfransının turnir cədvəlində 12 xalla 9-cu yerdədir.
Son xəbərlər





























