Dünya futbolu
“Ludoqorets”in 14 illik hegemonluğuna son qoyuldu

03.05.2026 | 15:20
Bolqarıstan çempionatında 2025/26 mövsümünün qalibi bəlli olub.
Sports.az xəbər verir ki, "Levski" sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Sofiya təmsilçisi sonuncu dəfə 17 il əvvəl çempion olmuşdu. Paytaxt klubu bununla da "Ludoqorets"in 14 illik hegegomluğuna son qoyub. Bu, "Levski"nin 27-ci çempionluğudur.
Qeyd edək ki, çempionluqların sayına görə "Levski" yalnız ÇSKA-dan (31) geri qalır.
Son xəbərlər





























