Dünya futbolu
ÇL-in final matçının hakimləri açıqlandı

11.05.2026 | 22:45
UEFA Çempionlar Liqasının finalına təyinat alan hakimlərin siyahısını açıqlayıb.
Sports.az xəbər verir ki, PSJ və "Arsenal" komandaları arasında keçiriləcək Çempionlar Liqasının həlledici görüşü Almaniyadan olan hakimlər briqadasına həvalə edilib.
Meydanda baş hakim funksiyasını Daniel Zibert yerinə yetirəcək. Ona VAR otağından həmyerlisi Bastian Dankert köməklik göstərəcək.
Xatırladaq ki, Çempionlar Liqasının final matçı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq.
Son xəbərlər





























