Dünya futbolu
“Zenit” “Lokomotiv”in gənc ulduzu ilə maraqlanır

20.05.2026 | 16:00
Sankt-Peterburq “Zenit”i Moskva “Lokomotiv”inin rus gənc ulduzu, 20 yaşlı hücumameylli yarımmüdafiəçi Aleksey Batrakovla maraqlanır.
Sports.az xəbər verir ki, “zenitçilər” Batrakovu qarşıdakı yay transfer pəncərəsində satın almağı düşünürlər.
Vurğulanır ki, Batrakovun müqaviləsində nəzərdə tutulmuş sərbəstqalma haqqı Rusiya Premyer Liqasının klublarına aid deyil, bu, yalnız əcnəbi klublar üçün nəzərdə tutulub. Odur ki, “Zenit” müvafiq keçidə nail olmaq üçün xeyli əziyyət çəkməli olacaq.
Son xəbərlər





























