Dünya futbolu
“İnter” baş məşqçisi ilə razılıq əldə etdi

20.05.2026 | 23:30
“İnter” rəhbərliyi “neradzurri”nin baş məşqçisi, rumın mütxəssis Kristian Kivu ilə yeni müqavilə mövzusunda ortaq razılıq əldə edib.
Sports.az xəbər verir ki, tərəflər arasındakı bütün suallara aydınlıq gəlib – yeni müqavilə tezliklə bəyan ediləcək.
Vurğulanır ki, Kivunun 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər uzadılacaq. Yeni müqaviləyə görə, rumın mütəxəssisin əməkhaqqı da artırılacaq.
Son xəbərlər





























