Hüseyn və Paşa Avropa çempionatının finalında

Hüseyn və Paşa Avropa çempionatının finalında

Bu gün Bolqarıstanın Samokov şəhərində güləş üzrə U15 Avropa çempionatı start götürüb.

Sports.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 7 çəkidə finalçılar müəyyənləşib.

Hüseyn Əmrahlı (38 kq) ermənistanlı Qor Karapetyan (9:0) və bolqarıstanlı İvan Aleksandrova (8:0) tam üstünlüklə qalib gəldikdən sonra yarımfinalda rusiyalı Ervin Sufiyanovdan güclü olub – 3:1. Hüseyn finalda estoniyalı Daniel Samuellə güləşəcək.

Xudayar Kərimov (41 kq) finlandiyalı Vilyami Kotilayneni (5:3) yarışdan kənarlaşdırsa da, 1/4 finalda bolqarıstanlı Oqnyan Burqazovla mübarizədə qolundan zədələndiyi üçün görüşü davam etdirə bilməyib.

Paşa Aslan (44 kq) belaruslu Matvey Utliklə (9:0) serbiyalı Adam Horvatı (9:1) vaxtından əvvəl xalçadan məyus yola salıb. Yarımfinalda isə gürcüstanlı Luka Saqinadzeni 5:3 hesabıyla üstələyib. Paşa finalda ermənistanlı adaşı Paşa Xudoyanla güləşəcək.

Pünhan Şahmarov (48 kq) macarıstanlı Vensel Olas (11:3), belaruslu Nazar Krişnyov (5:3) və türkiyəli Mehmet Dedeoğluna (6:0) qalib gəlib. Yarımfinalda rusiyalı Feliks Tuayevə uduzan (1:10) həmyerlimiz sabah bürünc medal görüşünə çıxacaq.

Rəsul Əhmədli (52 kq) 1/8 finalda türkiyəli Muhammed Ozenə minimal fərqlə məğlub olub – 1:2.

Sadiq Vəlizadə (57 kq) böyük britaniyalı Pol Hanlonla (8:0) türkiyəli Yusuf Sariyara (9:5) qalib gələrək adını yarımfinala yazdırıb. Sadiq finalın bir addımlığında rusiyalı Raybek Muçurayevlə bacarmayıb – 2:13.

Raul Məmmədzadə (62 kq) bolqarıstanlı Qriqor Simyonova (9:1) qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Qabriyel Tavberidzeyə (1:5) məğlub olub. Rəqib finala yüksəldiyi üçün Raul sabah təsəlliverici görüşə çıxacaq.

Son xəbərlər
Hüseyn və Paşa Avropa çempionatının finalında
2-ci Liqada yeni mükafatçılar
Azərbaycanın kata ekspertləri Sarayevoda seminarda iştirak ediblər
Azərbaycan karateçilərindən Moldovada 11 medal
Liqa yarışının ikinci turuna start verildi
Məmmədovun adı “Ginnesin Rekordlar Kitabı”na yazıldı
Son üç mövsümün 10 bombardiri
“Qarabağ”ın əvəzedicilərindən inamlı qələbə
Qalmaqallı oyunla bağlı sərt cəzalar
Təhlükəsizlik nümayəndəsi gec gəldi, “Şəfa” cərimələndi
Coy Lens Mikelsin cəzası açıqlandı
“İmişli”də yeni müqavilə
Cüdoçularımız Xabarovskda beynəlxalq toplanışda iştirak ediblər
ATF rəsmiləri ETU komitələrinə təyin edilib
Artetadan Premyer Liqa tarixinin rekordu
Yeni cüdo zalı istifadəyə verildi
Millimiz Avropa çempionatının 1/8 finalında
Afrikanın üç ölkəsi Bakıda keçiriləcək DÇ üçün iştirak ərizəsi göndərib
Beynəlxalq yarışlarda medal qazanan idmançılarla görüş keçirilib
Azərbaycanla oyun üçün 34 futbolçu
İsveçrə millisi DÇ-2026-ya bu heyətlə yollanır
Mövsümün ən yaxşı futbolçusu açıqlandı
İlk dəfə avrokuboklara vəsiqə qazandılar
“Zenit” “Lokomotiv”in gənc ulduzu ilə maraqlanır
Azərbaycan AÇ-də 12 şahmatçı ilə təmsil olunacaq
Elgün Əlizadə İsveçrədə qatıldığı məşqçilik kursunu uğurla başa vurub
Dumfris “İnter”dən ayrıla bilər
Millimiz Polşada təlim-məşq toplanışında iştirak edib
Stolüstü tennisçilər “Prezident Kuboku”nda iştirak edəcəklər
Palmer doğma klubuna qayıda bilər
DAHA ÇOX

Ən çox oxunanlar