Dünya futbolu
“Barselona” Bernardo Silva ilə bağlı qərar qəbul etdi

20.05.2026 | 23:40
Məlum olduğu kimi, “Mançester Siti”nin 31 yaşlı kapitanı, portugal yarımmüdafiəçi Bernardo Silva cari mövsümün sonunda “şəhərlilər”in düşərgəsini azad agent qismində tərk edəcək.
Sports.az xəbər verir ki, Silvanın xidmətində maraqlı olan “Barselona” müvafiq marağından daşınıb.
Bildirilir ki, Kataloniya klubu yayda, nəhəng məbləğdə pul vəsaiti tələb edən keçidlər gerçəkləşdirmək niyyətində deyil.
Vurğulanır ki, “Barselona” müvafiq tələblərini klub akademiyasının ehtiyatları – gənc oyunçular hesabına ödəmək niyyətindədir.
Son xəbərlər





























