Dünya futbolu
Tanınmış qapıçı karyerasını başa vurdu

25.05.2026 | 19:30
Belçika millisinin sabiq qapıçısı Simon Minyole karyerasını başa vurub.
Sports.az xəbər verir ki, 38 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Son klubu "Brügge" olan Minyole 6 il (2013-2019) "Liverpul"da oynayıb.
Belçika millisində 35 matça çıxan Minyole 2018-ci ildə keçirilən dünya çempionatının bürünc mükafatçısı, 2019-cu ildə "Liverpul"un heyətində UEFA Çempionlar Liqasının qalibi olub. "Brügge"də isə Minyole 5 dəfə Belçika çempionluğu, 1 dəfə ölkə kuboku, 3 dəfə super kubok qazanıb.
Son xəbərlər





























