Dünya futbolu
“Milan” ispan mütəxəssislə əlaqə yaratdı

26.05.2026 | 18:00
Məlum olduğu kimi, “Milan” İtaliya A Seriyasını 5-ci pillədə başa vuraraq, Çempionlar Liqasında iştirakdan məhrum olub.
Sports.az xəbər verir ki, klub rəhbərliyi “rossoneri”nin uğursuzluğunda baş məşqçi, italyan mütəxəssis Massimiliano Alleqrini təqsirkar görüb və onu istefaya göndərib.
Bildirilir ki, “Milan” rəhbərliyi yayda “Bornmut”dan ayrılacaq ispan mütəxəssis Andoni İraola ilə maraqlanır. “Milan”ın İraola ilə əlaqəyə çıxdığı haqda məlumat var, təfərrüat açıqlanmır.
Son xəbərlər





























