Dünya futbolu
“Barselona” Raşforda görə “gülünc” təklif ünvanladı

31.05.2026 | 09:30
“Barselona” mövsümü “blauqrana”da icarədə keçirmiş, “Mançester Yunayted”in ingiltərəli cinah hücumçusu Markus Raşforda görə “qırmızı şeytanlar”a təklif ünvanlayıb.
Sports.az xəbər verir ki, Kataloniya nəhənginin təklifi 12,5 milyon avro məbləği ehtiva edib.
Xatırldaq ki, icarə müqaviləsində, Raşfordun satın alınması ilə bağlı haqq 30 milyon avro məbləğ olaraq göstərilib.
Vurğulanır ki, müvafiq məbləğə “Mançester Yunayted”in qarşılığı hələ açıqlanmayıb, amma İngiltərə nəhənginin bunca “gülünc” təklifə razılaşmayacağı təxmin edilir.
Son xəbərlər





























