Karrager Kloppla Salah arasındakı fəsada dair təxmin etdi

Futbol mütəxəssisi Ceymi Karrager İngiltərə Premyer Liqasının 35-ci turunun “Vest Hem”lə oyununda (2:2) “Liverpul”un baş məşqçisi Yurgen Klopla “qırmızılar”ın misirli ulduzu, hücumçu Məhəmməd Salah arasında baş vermiş münaqişənin iddia edilən səbəbini açıqlayıb.

Sports.az xatırladır ki, bu məqam oyunun 82-ci dəqiqəsində baş verib, meydana daxil olmağa hazırlaşan Salahı isə yanında dayanmış və həm də əvəzedici kimi meydana çıxmağa hazırlaşan Darvin Nunyes və Co Qomesi sakitləşdiriblər.

“Bu vəziyyətdə məşqçinin narazı olmasının yeganə səbəbi odur ki, oyunçunun meydana çıxmağa hazırlaşması çox uzun çəkib”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar