“Bayern” Kimmixi Arauxo və De Yonqla mübadilə edə bilər

Yozua Kimmix “Bayern”lə müqaviləsini vaxtında yeniləməsə, Münhen klubu 29 yaşlı sağ cinah müdafiəçisi ilə yollarını ayırmağa hazırdır.

Sports.az xəbər verir ki, Almaniya nəhəngi müqaviləsi 2025-ci ilin yayında başa çatacaq Kimmixi azad agent qismində buraxmaq istəmir.

“Bayern” rəhbərliyi alman futbolçu müqabilində ən azı 50 milyon avro məbləğ qazanmaq niyyətindədir.

Yozua Kimmixi almağa namizədlərdən biri də “Barselona”dır. Öz növbəsində “Bayern” “blauqrana”nın uruqvaylı mərkəz müdafiəçisi Ronald Arauxo və niderlandlı mərkəz yarımmüdafiəçisi Frenki de Yonqla maraqlanır. Bu məqsədlə, Münhen klubu Kimmixi bu iki futbolçu ilə dəyişməklə, Kataloniya klubuna əlavə vəsait ödəmək seçimini nəzərdən keçirir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar