“Lopeteqi “Milan”ın baş məşqçi vəzifəsinə mükəmməl namizəddir”

“Aston Villa”nın idman direktoru Ramon Monçi ispan mütəxəssis Xulen Lopeteqinin “Milan”a mümkün təyinatı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sports.az Monçinin bu barədə fikirlərini təqdim edir:

“Xulen hər bir məşqçi üçün əsas hesab etdiyim üç güclü cəhətə malikdir: əla peşəkar keyfiyyətlər, rəqabət qabiliyyəti və komandanı idarə etmək bacarığı.

Onun heç bir fəsadı olmayacaq, çünki o, yüksək səviyyəli komandalarda işləməyə öyrəşib: “Portu”, “Real” və İspaniya yığmasında çalışıb. Bu səbəbdən də əminəm ki, Xulen Avropanın ən böyük klublarından biri olan “Milan” kimi bir klubun baş məşqçisi vəsifəsinə mükəmməl namizəddir”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar