Fati gələcəyi ilə bağlı qərar verdi

“Brayton”da icarə əsasında çıxış edən, “Barselona”nın vingeri Ansu Fati “blauqrana”nın düşərgəsinə qayıtmaq istəyir.

Sports.az xəbər verir ki, Fati “Barselona”ya qayıdıb, heyətdə yer almaq üçün mübarizə aparmaqda qərarlıdır.

Fati mövsümöncəsi baş məşqçi Xavini heyran etmək və komandada yerini təmin etmək istəyir. İspan çalışdırıcı oyunçuya bu imkanı verməyə hazırdır, amma klub rəhbərliyinin mövqeyi bu işdə həlledici olacaq. Kataloniyalılar yeni transferlər üçün futbolçu satmağa məcburdurlar, Fati isə artıq toxunulmaz deyil.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar