Paris-2024-də iştirak edəcək parataekvondoçularla görüş olub

Paris-2024-də iştirak edəcək parataekvondoçularla görüş olub

Azərbaycan Taekvondo Federasiyasında (ATF) Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak edəcək parataekvondo millisi ilə görüş olub.

Sports.az xəbər verir ki, toplantıda ATF-nin vitse-prezidentləri Hikmət Səmədov, Niyaməddin Paşayev və baş katib Rüstəm Bağırlı lisenziya qazanmış idmançıların son durumu ilə maraqlanıb, onlara yarışda uğurlar arzulayıblar.

Komandanın baş məşqçisi Fərid Tağızadə parataekvondoçuların yaxşı formada olduğunu bildirib, turnirdən gözləntilərini açıqlayıb. O, Paris-2024-ə hazırlıqların yüksək səviyyədə keçdiyini və federasiyanın onlar üçün bütün lazımi şəraiti yaratdığını vurğulayıb.

Parateekvondoçular da oyunlarda uğurlu çıxışa inandıqlarını, Fransada Azərbaycan himnini səsləndirməyə çalışacaqlarını deyiblər.

Paris-2024 Yay Paralimpiya Oyunlarında Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) qüvvəsini sınayacaq. K-44 kateqoriyasında yarışacaq parataekvondoçularımız Parisə avqustun 21-də yollanacaqlar.

Son xəbərlər
“Benfika” baş məşqçisini “Real”a buraxmaq istəmir
“Ayntraxt” “Real”ın müdafiəçisi ilə maraqlanır
Şevalye PSJ-dən ayrıla bilər
Günün oyunları – TV
Fransa klubunda baş məşqçi ayrılığı
“Bayer”də yeni müqavilə
“Neftçi” “Qarabağ”a qarşı
“Atletiko” və “Arsenal”dan ilk oyunda heç-heçə
Özbəkistanda daha bir uğur
Dibala vətəninə qayıdacaq
DÇ-2026-nın mükafat fondu artırıldı
Ştiller “Ştutqart”dan ayrıla bilər
Kukurelya “Barselona”ya qayıdacaqmı?
Xulian Alvares gələcəyi ilə bağlı seçim etdi
Raşford “Barselona”da qalmaq üçün böyük güzəştə hazırdır
“Sabah” final seriyasına qələbə ilə başladı
“Real” Tçuameni ilə bağlı qərar qəbul etdi
“Şəfa” xal itirdi, “Şahdağ Qusar”la “Mingəçevir” qalib gəldi
“Barselona” “Tottenhem”in kapitanına göz qoyur
Entso Fernandes “Çelsi” ilə müqaviləsini yeniləməyə hazırdır
“Barselona”nın ulduzu sıraya qayıtdı
Amorim gələcəyi ilə bağlı qərar qəbul etdi
Arbeloa “Real”da qala bilər
Zidanın oğlu zədələndi
Noyer ÇL antirekordunu təkrarladı
Final matçının məkanı açıqlandı
“Neftçi” – “Qarabağ” oyununun təyinatları açıqlandı
Qazaxda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək
Sumqayıtın komandası yarışdan kənarlaşdırıldı
“Azərbaycana ilk medalı qazandırdığım üçün sevincliyəm”
DAHA ÇOX

Ən çox oxunanlar