"Barselona" Feliksi icarəyə götürür

“Atletiko Madrid”in hücumçusu Joao Feliks icarə əsasında “Barselona”ya keçə bilər.

Sports.az xəbər verir ki, Kataloniya təmsilçisi artıq həm Madrid klubuyla, həmçinin portuqaliyalı futbolçuyla razılıq əldə edib. Son La Liqa çempionu Ferran Torres yaxud Ansu Fatinin mümkün gedişindən sonra Feliksin transferini rəsmiləşdirəcək.

Qeyd edək ki, Feliks son mövsümün ikinci yarısını icarə əsasında “Çelsi”də keçirib. O, London təmsilçisiylə 20 matçda iştirak edib və 4 qol vurub. 23 yaşlı futbolçunun “Atletiko” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar