“Arsenal” David Rayanı icarəyə götürdü

“Arsenal” rəsmi saytında David Rayanı transfer etdiyini açıqlayıb.

Sports.az xəbər verir ki, “topçular” 27 yaşlı qolkipe “Brentford” klubundan icarəyə götürüb. Raya yeni klubunda 22-ci nömrə altında çıxış edəcək.

Qeyd edək ki, David Raya ötən mövsüm “Brentford”un heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 47 qol buraxıb və 12 dəfə qapısını toxunulmaz saxlayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar