“Mançester Yunayted” “Everton”un futbolçusuyla maraqlanır

“Mançester Yunayted” “Everton”un yarımmüdafiəçisi Amada Onana ilə maraqlanır. 

Sports.az xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Erik Ten Haq rəhbərlikdən belçikalı futbolçunun transferini istəyib.

“Everton” Onananı 50 milyon funt sterlinqdən aşağı qiymətə satmaq fikrində deyil.

Qeyd edək ki, Onana ötən mövsüm bütün yarışlarda 35 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib və 10 sarı vərəqə alıb. 21 yaşlı futbolçunun “Everton”la müqaviləsi 2027-ci ilin iyun ayına kimi qüvvədədir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar