İspaniya futbolçuları dünya çempionudur!

Avstraliya və Yeni Zelandiyada keçirilən qadınlar arasında futbol üzrə dünya çempionatına yekun vurulub.

Sidneydəki "Avstraliya" stadionunda baş tutan finalda son Avropa çempionu İngiltərə və İspaniya milliləri üz-üzə gəlib.

Gərgin mübarizə şətaitində keçən qarşılaşmada ispanların müdafiəçisi Olqa Karmonanın 29-cu dəqiqədə vurduğu qol həlledici olub.

Oyunun 70-ci dəqiqəsində İspaniyanın yarımmüdafiəçisi Cennifer Ermoso penalti zərbəsindən istifadə edə bilməyib, onun zərbəsini İngiltərənin qapıçısı Meri İrps tutub.

Bu İspaniyanın qadınlar arasında dünya çempionatları tarixində ilk belə uğurudu.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar