Azərbaycanlı futbol funksionerinə nüfuzlu beynəlxalq qurumda yüksək vəzifə verildi!

Berlində Avropa Klublar Birliyi ECA-nın (European Club Association) Baş Assambleyası keçirilir. Az öncə 2023-2027-ci illər üçün qurumun İcraiyyə Komitəsinə üzvlərin seçimi baş tutub.
Namizədlər arasında olan "Qarabağ" FK-nın baş meneceri Asif Əsgərov səs çoxluğu ilə növbəti 4 ildə nüfuzlu qurumun İcraiyyə Komitəsinə üzv seçilib. Əsgərov bunacan 2017-ci ildən ECA işçi qrupunun üzvü, 2019-cu ildən isə katibi olub.

O, beynəlxalq futbol qurumlarının rəhbərliyində və qərarverici orqanında təmsil olunan ilk azərbaycanlı kimi tarixə düşüb.

2008-ci ildə yaradılmış ECA UEFA tərəfindən tanınan yeganə klub təşkilatıdı.

Qurum qitədə klubların maraqlarını müdafiə edir, millilərin oyun təqvimindən avrokuboklaracan bir çox önəmli məsələlərdə UEFA ECA-nın tövsiyyələrini nəzərə almaqla fəaliyyətini qurur.
ECA-nın hazırki rəhbəri PSJ prezidenti Nasser Al Xelaifidi.
İcraiyyə Komitəsinə üzv seçilənlər arasında Ruy Koşta, Ali Koç və digər tanınmış simalar var.
Berlindəki Baş Assambleyada ölkəmizi 1 əsas və 3 assosiativ üzv təmsil edir. Bunlar Asif Əsgərovdan başqa "Neftçi", "Qəbələ" və "Sumqayıt" klublarından Fərrux Mahmudov, Nail Kərimov və Riad Rəfiyevdir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar