Bakıda \"ofsayda düşdü\", Salonikidə fərqləndi



FİFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasısının 22-ci turunda çempionatın lideri PAOK-un AEK-lə oyununu idarə edib.

1:1 bitən matçda Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli və Elçin Məsiyevdən ibarət  azərbaycanlı hakimlər briqadası əla idarəçiliyi ilə yadda qalıb.

Bu heç-heçədən sonra PAOK 51 xalla liderliyini qoruyub. AEK isə 49 xalla 3-cü yerdədi.

Qeyd edək ki, bu Əliyar Ağayevin Yunanıstan Super Liqası və kubokunda idarə etdiyi 10-cu görüş olub.

Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilmiş "Araz Naxçıvan" - "Sumqayıt" oyununda kobud səhvə yol vermiş Ağayev 2 turdu ölkə çempionatının oyunlarına təyinat almır.
Bu periodda Azərbaycan kubokunun 1/4 finalının cavab matçlarına da təyinat almayan FİFA referisi həmin qarşılaşmada VAR-a baxmasına rəğmən "Sumqayıt"ın futbolçusu Kamran Əliyevin Nicat Süleymanova qarşı aşkar kobudluğunu qırmızı vərəqə kimi dəyərləndirməmişdi.

Sports.az xəbər verir ki, bu səhvə görə ölkəmizin ən yaxşı futbol hakiminə qeyri-müəyyən müddətə "istirahət verilib". 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar