UEFA Türkiyə - Portuqaliya matçı ilə bağlı araşdırmaya başladı

UEFA Türkiyə - Portuqaliya matçı ilə bağlı araşdırmaya başladı

UEFA AÇ-2024-ün 2-ci turunda ötən gün keçirilən Türkiyə - Portuqaliya matçı (0:3) ilə bağlı araşdırmaya başlayıb.

Sports.az "Daily Mail"ə istinadən xəbər verir ki, matçda təhlükəsizliyin yaxşı təmin olunmaması UEFA-nın hərəkətə keçməsinə səbəb olub.

Məsələ ondadır ki, matç zamanı və oyundan sonra 6 nəfər Portuqaliya millisinin lideri Kristiano Ronaldo ilə şəkil çəkdirmək üçün meydana daxil ola bilib. 

39 yaşlı hücumçu ikinci hissədə meydana daxil olan azyaşlı azarkeşi incitməyib və onunla şəkil çəkdirib. Lakin matçın final fitindən əvvəl  daha üç azarkeş meydana daxil olduqda Ronaldo əsəbiləşib.

Bundan əlavə, matçın sonunda təhlükəsizlik kordonunu yarıb keçən daha iki azarkeş ulduz futbolçuya çata bilib.

Oyundan sonra Portuqaliya millisinin baş məşqçisi Roberto Martines də təhlükəsizliklə bağlı narahatlığını bildirib: “Bu, narahatedici məqamdır. Çünki bu gün azarkeşlərin niyyəti yaxşı idi, amma sabah fərqli davransalar, futbolçular təhlükəyə atılmış olacaq".

Son xəbərlər
“Atletiko” və “Arsenal”dan ilk oyunda heç-heçə
Özbəkistanda daha bir uğur
Dibala vətəninə qayıdacaq
DÇ-2026-nın mükafat fondu artırıldı
Ştiller “Ştutqart”dan ayrıla bilər
Kukurelya “Barselona”ya qayıdacaqmı?
Xulian Alvares gələcəyi ilə bağlı seçim etdi
Raşford “Barselona”da qalmaq üçün böyük güzəştə hazırdır
“Sabah” final seriyasına qələbə ilə başladı
“Real” Tçuameni ilə bağlı qərar qəbul etdi
“Şəfa” xal itirdi, “Şahdağ Qusar”la “Mingəçevir” qalib gəldi
“Barselona” “Tottenhem”in kapitanına göz qoyur
Entso Fernandes “Çelsi” ilə müqaviləsini yeniləməyə hazırdır
“Barselona”nın ulduzu sıraya qayıtdı
Amorim gələcəyi ilə bağlı qərar qəbul etdi
Arbeloa “Real”da qala bilər
Zidanın oğlu zədələndi
Noyer ÇL antirekordunu təkrarladı
Final matçının məkanı açıqlandı
“Neftçi” – “Qarabağ” oyununun təyinatları açıqlandı
Qazaxda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək
Sumqayıtın komandası yarışdan kənarlaşdırıldı
“Azərbaycana ilk medalı qazandırdığım üçün sevincliyəm”
Prezident Kuboku: İlk gününün qalibləri mükafatlandırıldı
Keyn Cerrardın rekordunu qırdı
AFFA rəsmisi “Barselona” – "Bayern” matçında UEFA nümayəndəsi olacaq
Hacızadə “Prezident Kuboku”nda gümüş medal qazandı
“Qaradağ Lökbatan”ın futbolçusuna 3 oyunluq cəza
“Neftçi” və “Sumqayıt”ı azarkeşləri ziyana saldı
Millimiz UEFA İnkişaf Turnirində iştirak edəcək
DAHA ÇOX

Ən çox oxunanlar