Azərbaycan futbolu
AFFA rəsmisi “Barselona” – "Bayern” matçında UEFA nümayəndəsi olacaq

29.04.2026 | 16:40
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti təyinat alıb.
Sports.az xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçiriləcək "Barselona" (İspaniya) – "Bayern" (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.
Xatırladaq ki, görüş mayın 3-də Barselona şəhərində yerləşən "Nou Kamp" stadionunda keçiriləcək.
Son xəbərlər





























