Dünya futbolu
ÇL-də həftənin ən yaxşısı adına namizədlər bilindi
12.12.2024 | 16:40
Çempionlar Liqasının 2024/25 mövsümündə ilk dəfə qapıçı həftənin ən yaxşısı adına namizəd olub.
Sports.az xəbər verir ki, “Brest”in qolkiperi Marko Bizo 4 iddiaçı arasında yer alan ilk əlcək sahibi olub.
O, PSV üzərində 1:0 hesablı qələbədə pay sahibi olub. Bizo bu görüşdə 4 seyv edib.
Qeyd edək ki, mükafata digər namizədlər Bukayo Saka (“Arsenal”), Maykl Olisse (“Bavariya”) və Antuan Qrizmanndır (“Atletiko”).