Bundesliqa klubları “Real”ın gənc ulduzu ilə maraqlanırlar

Almaniya Bundesliqasının bir sıra adı açıqlanmayan klubları “Real”ın 18 yaşlı braziliyalı hücumçusu Endrikin nümayəndələri ilə əlaqə saxlayıblar.

Sports.az xəbər verir ki, alman klublarının hamısı eyni cavabı alıblar: Endrik gələn ilin iyun ayının sonuna qədər “Real”da qalacaq.

18 yaşlı futbolçunun “qaymaqlılar”ın heyətində tərəqqi etmək və italyan baş məşqçi Karlo Ançelottini razı salmaq əzmində olduğu bildirilir.

Bununla belə, vurğulanır ki, Endriklə maraqlanan klublar gənc brazliyalı istedadı satın almaq ümidini itirmirlər və vəziyyətin inkişafını izləməklə bərabər, bu məsələni iyul ayına qədər təxirə salıblar.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar