“Valensiya” baş məşqçisini istefaya göndərmək niyyətindədir

“Valensiya”nın rəhbərliyi “yarasalar”ın 49 yaşlı ispan baş məşqçisi Ruben Baraxanı istefaya göndərmək seçimini nəzərdən keçirir.

Sports.az xatırladır ki, Baraxa futbolçu ikən 10 il “Valensiya”nın uğurları üçün çalışıb.

Klub rəhbərliyini müvafiq seçim üzərində düşünməyə cari mövsümdə “yarasalar”ın çox bərbad çıxışı təhrik edir. 15 turdan sonra 10 xal toplamış “Valensiya” İspaniya La Liqasının yarış cədvəlində sonuncu, 20-ci pillədə qərarlaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar