Dünya futbolu
Ceymi Karrager Bruno Fernandesin satışının “Mançester Yunayted”ə sərf edəcəyini düşünür
15.12.2024 | 19:00
“Liverpul”un və İngiltərə yığmasının keçmiş müdafiəçisi Ceymi Karrager “Mançester Yunayted”ə liderlərindən biri, “qırımızı şeytanlar”ın kapitanı, portuqal yarımmüdafiəçi Bruno Fernandesi satmaq barədə düşünməyi məsləhət görüb.
Sports.az ingilis təhlilçinin bu barədə fikrini təqdim edir:
“Fernandes çətin dövrdə “Mançester Yunayted”in ən yaxşı oyunçularından olub və “Old Trafford” karyerası ərzində ətrafında daha keyfiyyətli komanda yoldaşları olsaydı, parlayardı. Amma onun artıq 30 yaşı var və pul əldə etmək üçün onu satmağın mənası ola bilər”.