Dünya futbolu
Sautqeyt cəngavər rütbəsi ilə təltif ediləcək
16.12.2024 | 16:30
İngiltərə yığmasının keçmiş baş məşqçisi, ingilis mütəxəssis Qaret Sautqeyt cəngavər rütbəsi alacaq.
Sports.az xatırladır ki, 54 yaşlı mütəxəssisin rəhbərliyi altında İngiltərə yığması iki dəfə Avropa çempionatının final oyununa yüksəlib, gümüş müdalla kifayətlənib.
Bu nəticə 1966-cı il FIFA Dünya Kubokunda İngiltərə yığmasını qalibiyyətə daşımış ingilis mütəxəsssis Ser Alf Ramseydən sonra, İngiltərənin ən uğurlu çalışdırıcısının nəticəsi olaraq əlamətdardır.