Aleks Ferqyuson Markus Raşforda inanırmış
“Mançester Yunayted”in keçmiş baş məşqçisi Ser Aleks Ferqyuson “qırmızı şeytanlar”ın məzunu, ingilis hücumçu Markus Raşfordun komandadakı ilk çıxışlarından sonra, onun futbolçu keyfiyyətlərini tərifləyib və ətrafındakılara, məşqçilik karyerası ərzində belə bir oyunçu ilə işləməkdən məmnun olacağını söyləyib.
Sports.az xəbər verir ki, şotland mütəxəssis Raşfordun “Mançester Yunayted”in ən yaxşı futbolçusu olmağa qadir olacağına da əmin olub və bunun üçün Raşfordun, potensialını tam gerçəkləşdirməsi gərək olduğunu vurğulayıb.
Daha əvvəl mətbuatda, mankunianlıların 2016-cı ildən əsas komandasında çıxış edən 27 yaşlı hücumçunu satmağa hazır olduğu haqda məlumat yayıb.
Xatırladaq ki, Ferqyuson 2013-cü ildə “Mançester Yunayted”in baş məşqçisi vəzifəsini tərk edib.