Messidən tarixi rekord, Di Mariyadan ilk

Messidən tarixi rekord, Di Mariyadan ilk

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarında yeni rekorda imza atıb.

Sports.az xəbər verir ki, DÇ-2022-nin finalında Fransaya qarşı keçirdikləri matçın start heyətində yer alan 35 yaşlı hücumçu mundiallar tarixində ən çox oyun keçirən futbolçuya çevrilib.

O, uzun illərdir ki, Lotar Matteusa məxsus olan rekordu yeniləyib. Almaniya millisinin sabiq üzvü mundiallarda 25 oyuna çıxmışdı.

Xatırladaq ki, Messi bir neçə gün əvvəl verdiyi açıqlamada bu finalın onun üçün dünya çempionatlarında sonuncu oyun olacağını söyləmişdi. Bir sözlə, onun rekordu elə 26 oyundan ibarət olaraq tarixdə qalacaq.

Argentina millisinin digər təcrübəli futbolçusu Anxel Di Mariya da yeni rekorda imza atıb. O, DÇ-2022-nin finalında qol vurmaqla buna nail olub. Belə ki, Di Mariya mundialın, Amerika kubokunun və Olimpiya Oyunlarının finalında qol vuran ilk futbolçu olub. 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında Di Mariyanın qolu Argentinaya qızıl qazandırıb. 2021-ci ildə isə yarımmüdafiəçi Amerika kubokunun finalında Braziliya ilə oyunda (1:0) qələbə qolunu vurub.

"Qətər 2022"ni ETOPAZ təqdim edir

Son xəbərlər
Asiya Çempionlar Liqasının qalibi bilindi
Vüsal oynadı, komandası səfərdə uduzdu
“Arsenal”dan Premyer Liqada yeni rekord
Avropa Güləş İttifaqı Xetaq Qazyumovu ilin məşqçisi seçdi
Üç boksçumuz Dünya kubokunun finalında
Bu gün ikinci finalçı bəlli ola bilər
Azərbaycanın dağ xizəkçisi Norveçdə 4-cü oldu
Azərbaycanın dörd güləşçisi üçün AÇ-də “qızıl” şans
Günün oyunları – TV
“Uğurlarımız ictimaiyyətdən kifayət qədər diqqət görmədi”
Ölkə birinciliyinin qalibi bəlli oldu
Peşəkar Çövkən Liqasının 5-ci turu başa çatıb
“Şamaxı” “Kəpəz”ə, “Neftçi” “Qarabağ”a qarşı
PSJ-dən darmadağın
“Barselona”dan növbəti qələbə
“Roma” inamlı qələbəyə sevindi
“Eyüpspor”dan darmadağın
“Liverpul” və “Arsenal”dan qələbə
“Bayern”dən əzmkar qələbə
“Mançester Siti” finalda
Azərbaycanın 4 güləşçisi Avropa çempionatının finalında
İslam Avropa çempionu oldu, Cəbrayıl bürünc medal qazandı
“Neftçi”nin hücumçusu derbini buraxacaq
“Sübut etdik ki, olduğumuz yerə layiq deyilik” - Sxadadze
“Komanda futbol oynayanda xal da özü gəlir”
“Qəbələ” və “Araz-Naxçıvan”ın heç-heçəsi - VİDEO
“İmişli” uduzdu, “Qəbələ” qələbəni əldən verdi
“Heç-heçə daha ədalətli nəticə olardı”
"Belə getsə, növbəti mətbuat konfransında iştirak etməyəcəyəm”
“İmişli” “Sumqayıt”a belə uduzdu - VİDEO
DAHA ÇOX

Ən çox oxunanlar