"Belə getsə, növbəti mətbuat konfransında iştirak etməyəcəyəm”

"Belə getsə, növbəti mətbuat konfransında iştirak etməyəcəyəm”

"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 29-cu turunda "İmişli"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:

“Mətbuatda bir neçə dəfə yazılar gedib. Bu, həm mənə, həm "Sumqayıt"a qarşı haqsızlıqdır. Mənimlə komanda arasında heç bir münaqişə yoxdur. Belə davam edərsə, növbəti dəfə mətbuat konfransında iştirak etməyəcəyəm. Problemi izah etmək istəyirəm. Mənim, komandam barədə reallıqlar yazılsın. Danil ilə mübahisəmi yazan jurnalistə də deyin ki, həqiqətləri yazsın. Mənim işim, taktiki gedişlərim pis ola və bu haqda yazıla bilər. Amma olmayan şeyləri demək doğru deyil.

Oyuna gəldikdə, çətin oldu. Çalışdıq və 3 xal qazandıq. Ən vacibi də budur. Fasilədə qeyri-adi heç nə etmədik. İlk hissədə qol vurmuşduq. İkinci yarıda rəqib irəli çıxırdı və boşluqlar verirdi.

Səbuhi Abdullazadəyə böyük hörmətim var. Onu bəyənmirəm, deməzdim. Sadəcə oyununu dəyişməlidir. Əvəzlənməyi normaldır. Səbuhinin böyük potensialı var, millinin vacib oyunçularındandır.

Avrokuboklar uğrunda mübarizə aparırsansa, hədəfləri olan komandalarla oyunlarda xallar itirməmək vacibdir”.

Son xəbərlər
İslam Avropa çempionu oldu, Cəbrayıl bürünc medal qazandı
“Neftçi”nin hücumçusu derbini buraxacaq
“Sübut etdik ki, olduğumuz yerə layiq deyilik” - Sxadadze
“Komanda futbol oynayanda xal da özü gəlir”
“Qəbələ” və “Araz-Naxçıvan”ın heç-heçəsi - VİDEO
“İmişli” uduzdu, “Qəbələ” qələbəni əldən verdi
“Heç-heçə daha ədalətli nəticə olardı”
"Belə getsə, növbəti mətbuat konfransında iştirak etməyəcəyəm”
“İmişli” “Sumqayıt”a belə uduzdu - VİDEO
29-cu turun qalan dörd görüşünün təyinatları açıqlandı
Hümbətov Daşkənddə beynəlxalq yarışda iştirak edib
Beş sərbəst güləşçimiz AÇ-nin yarımfinalında!
“Sabah” finala yüksəldi
“Qarabağ” və “Neftçi” birgə bəyanat yaydılar
Flikdən zədəli Yamal haqda açıqlama
“Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” – Yankoviç
Mbappe sıradan çıxıb
“Yaxşı komanda olacağımıza ümid edirəm” – Millimizin üzvü
“Əsas məqsəd “Bakı” və “Kür”ü qabaqlamaqdır”
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
“Futbolçularımız çox istəklidirlər” – Millimizin baş məşqçisi
Sərxan Hacıyev: “Dünya çempionatının final matçına ev sahibliyi etmək niyyətindəyik”
U-20 millimiz Qəbələdə hazırlıqlarını davam etdirir
Azərbaycanın 4 boksçusu Dünya kubokunun yarımfinalında
Yarımfinalın ikinci oyunlarına start verilir
Daha 8 güləşçimiz AÇ-də mübarizəyə qoşulur
Yamal ən yaxşı seçildi
Günün oyunları – TV
“Çempion olmaq istəyirdim” - Jalə Əliyeva
“İmişli” “Sumqayıt”a, “Qəbələ” “Araz-Naxçıvan”a qarşı
DAHA ÇOX

Ən çox oxunanlar