“Sübut etdik ki, olduğumuz yerə layiq deyilik” - Sxadadze

“Sübut etdik ki, olduğumuz yerə layiq deyilik” - Sxadadze

"İkinci hissədəki oyunumuza baxanda deyə bilərəm ki, bu gün 2 xal itirdik. Birinci hissə bir qədər əsəbi keçdi. Bizim oyunlarda həmişə belə olur. Turnir cədvəlindəki yerimizə baxanda bizim üçün normaldır. Futbolçularda gərginlik var. İkinci hissədə biz yaxşı oynadıq, qol vəziyyətləri yaratdıq. Son nöqtəni qoymaqda çətinlik çəkirik. Bu da stress və ustalıqla bağlıdır. Futbolçularıma təşəkkür edirəm. Xarakter göstərdilər. Bundan sonra bizim üçün bütün oyunlar final kimi olacaq. Azarkeşlərimizə təşəkkür edirəm. Onlardan xahiş edirəm ki, sona qədər komandanın yanında olsunlar".

Sports.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 29-cu turu çərçivsində "Araz-Naxçıvan" ilə baş tutan matçdan (1:1) sonra oyun barədə fikirlərini bölüşərkən deyib. Baş məşqçi Turan Manafov və Quimbilanın heyətdə yer almaması ilə bağlı verilən sualı qısa cavablandırıb:

"Bu sualı klub rəhbərliyinə versəniz, yaxşı olar".

Mütəxəssis qarşıdakı turlarda komandanın hədəfləri və xal planları barədə suala isə belə aydınlıq gətirib:

"Hər oyunda mübarizə aparmaq lazımdır. Hər matç çətin keçəcək. Sona qədər mübarizə aparmalıyıq. Bu gün çoxları "Araz-Naxçıvan"ın rahat qələbə qazanacağını düşünürdü. Amma biz göstərdik ki, turnir cədvəlində olduğumuz yerə layiq deyilik".

Son xəbərlər
“Mançester Siti” finalda
Azərbaycanın 4 güləşçisi Avropa çempionatının finalında
İslam Avropa çempionu oldu, Cəbrayıl bürünc medal qazandı
“Neftçi”nin hücumçusu derbini buraxacaq
“Sübut etdik ki, olduğumuz yerə layiq deyilik” - Sxadadze
“Komanda futbol oynayanda xal da özü gəlir”
“Qəbələ” və “Araz-Naxçıvan”ın heç-heçəsi - VİDEO
“İmişli” uduzdu, “Qəbələ” qələbəni əldən verdi
“Heç-heçə daha ədalətli nəticə olardı”
"Belə getsə, növbəti mətbuat konfransında iştirak etməyəcəyəm”
“İmişli” “Sumqayıt”a belə uduzdu - VİDEO
29-cu turun qalan dörd görüşünün təyinatları açıqlandı
Hümbətov Daşkənddə beynəlxalq yarışda iştirak edib
Beş sərbəst güləşçimiz AÇ-nin yarımfinalında!
“Sabah” finala yüksəldi
“Qarabağ” və “Neftçi” birgə bəyanat yaydılar
Flikdən zədəli Yamal haqda açıqlama
“Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” – Yankoviç
Mbappe sıradan çıxıb
“Yaxşı komanda olacağımıza ümid edirəm” – Millimizin üzvü
“Əsas məqsəd “Bakı” və “Kür”ü qabaqlamaqdır”
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
“Futbolçularımız çox istəklidirlər” – Millimizin baş məşqçisi
Sərxan Hacıyev: “Dünya çempionatının final matçına ev sahibliyi etmək niyyətindəyik”
U-20 millimiz Qəbələdə hazırlıqlarını davam etdirir
Azərbaycanın 4 boksçusu Dünya kubokunun yarımfinalında
Yarımfinalın ikinci oyunlarına start verilir
Daha 8 güləşçimiz AÇ-də mübarizəyə qoşulur
Yamal ən yaxşı seçildi
Günün oyunları – TV
DAHA ÇOX

Ən çox oxunanlar