Dünya futbolu
“Brayton”un Baleba ilə bağlı mövqeyi məlum oldu

23.12.2025 | 09:40
“Brayton” rəhbərliyi “qağayılar”ın 21 yaşlı kamerunlu dayaq yarımmüdafiəçisi Karlos Baleba ilə bağlı mövqeyini açıqlayıb.
Sports.az xəbər verir ki, “Brayton” ən azı 2027-ci ilə qədər müddət ərzində kamerunlu “dayaqçı”sını satmaq fikrində deyil.
Müvafiq qərar, Balebanı xidmətində maraqlı olan klubları digər seçimlərə köklənməyə məcbur edib.
Son xəbərlər





























