Dünya futbolu
MS norveçli hücumçusunu icarəyə göndərə bilər

23.12.2025 | 19:00
“Mançester Siti” rəhbərliyi “şəhərlilər”in 22 yaşlı norveçli sağ cinah hücumçususu Oskar Bobbu qarşıdakı qış transfer pəncərəsində icarəyə göndərə bilər.
Sports.az xəbər verir ki, müvafiq addımın səbəbi, gənc hücumçunun oyun təcrübəsi qazanmasını təmin etməkdir.
Bobbun xidmətində “Kristal Pelas”ın maraqlı olduğu bildirilir, “qartallar” cari mövsümün sonuna qədər müddəti əhatə edəcək icarə müqaviləsini gerçəkləşdirmək niyyətindədirlər.
Son xəbərlər





























