AFFA rəsmiləri bölgə klublarının akademiyalarını ziyarət ediblər

AFFA rəsmiləri bölgə klublarının akademiyalarını ziyarət ediblər

AFFA Lisenziya və Qeydiyyat Departamentinin məşqçi-koordinatoru Sərxan Hüseynovun bölgələrə səfəri davam edir.

Sports.az xəbər verir ki, onlar Şamaxı, Qəbələ, İmişli və Yevlax şəhərlərində fəaliyyət göstərən klubların akademiyalarını ziyarət ediblər.

Klublarının Lisenziyalaşdırılması çərçivəsində Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək prosesi çərçivəsində reallaşan səfər zamanı U-8-dən U-19-a qədər bütün yaş qruplarının məşqləri izlənilib, həmçinin qız komandalarının fəaliyyəti yerində müşahidə olunub. Məşq mühiti, məşqçi və idarəçi heyətinin iş şərtləri birbaşa sahədə qiymətləndirilib.

Aparılan müşahidələr göstərib ki, bəzi çətinliklər bir çox klub üçün oxşardır. Bunlara məşqçilərin üzərində böyük iş yükü, planlama və özünüinkişaf üçün vaxt çatışmazlığı, metodik resurslara məhdud çıxış daxildir. Bununla yanaşı, hər akademiyanın özünəməxsus ehtiyacları müəyyənləşdirilib. Coğrafi amillər, kadr strukturu, yaş qruplarının sayı və infrastruktur fərqləri hər klub üçün ayrıca sənədləşdirilib.

AFFA tərəfindən bölgə klublarının akademiyalarına həyata keçirilən səfərlər uşaq və gənc futbolu üzrə yeni əməkdaşlıq prosesinin ilk mərhələsini təşkil edir. Bu yanaşma davamlı əlaqə, ölçülə bilən hədəflər və mərhələli inkişaf mexanizmlərinə əsaslanır. Prosesə başlamazdan əvvəl yerli futbol mühiti və Avropada uşaq-gənclər hazırlığında uğurlu nəticələr göstərən akademiya modelləri təhlil edilib. Nəticədə milli assosiasiya səviyyəsində yanaşmanın yenilənməsi və futbol mərkəzləri ilə daha sıx, praktik əməkdaşlıq formatına keçid qərara alınıb.

Yeni prosesin əsas istiqamətlərindən biri məşqçi rolunun yenidən müəyyənləşdirilməsidir. Bu kontekstdə yalnız lisenziya kursları ilə kifayətlənməyin yetərli olmadığı vurğulanıb və məşqçilər üçün əlavə özünüinkişaf resurslarının yaradılması planlaşdırılır.

Yeni əməkdaşlıq modeli çərçivəsində akademiya direktorları və məşqçilərlə ayda ən azı bir dəfə onlayn platformalar üzərindən müntəzəm görüşlərin keçirilməsi nəzərdə tutulur. Paralel olaraq bölgələrə səfərlər daha sıx şəkildə davam etdiriləcək.

Hazırda aparılan müşahidələr əsasında qısa, orta və uzunmüddətli fəaliyyət planları hazırlanır. Məqsəd uşaq və gənc futbolunda keyfiyyətin mərhələli və davamlı şəkildə yüksəldilməsidir.

Son xəbərlər
Konate “Liverpul”dan getdi
Slotun qovulması “Liveprul”un oyunçularına necə təsir bağışlayıb?
Çempionlar Liasında həftənin rəmzi komandası açıqlandı
ÇL-də mövsümün ən yaxşı oyunçusu bəlli oldu
Nataniel Braun İngiltərə Premyer Liqasına üz tuta bilər
Uruqvay millisinin DÇ-2026 üçün heyəti bəlli oldu
“Neftçi"dən təklif alanda çox sevindim” - İqor Ribeyro
“Mançester Yunayted”in müdafiəçisi A Seriyasına üz tuta bilər
Stolüstü tennisçilərimizdən Avrasiya Liqasında uğurlu nəticə
“Bayern” Raşfordu satın ala bilər
“İnter” “Udineze”nin müdafiəçisi ilə maraqlanır
“Nyukasl” yeni hücumçu axtarışındadır
Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşacaq
“Zirə”də beş ayrılıq
“Şamaxı”da daha bir ayrılıq
“Milan”ın ulduzu Premyer Liqaya keçə bilər
Yığmamızın Avropa Liqası üçün heyəti açıqlandı
Bernal “Barselona”ya gərəkdirmi?
Azərbaycan çempionatının qalibləri müəyyənləşdi
Slotun alacağı təzminat haqqının məbləği məlum oldu
“Komo” “Arsenal”ın yarımmüdafiəçisi ilə maraqlanır
Ulduz hücumçusu “Liverpul”da qalmağa hazırdır?!
Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək
Raşforda gözlənilməz iddiaçı ortaya çıxdı
Avropa Kubokunun ilk günündə 1 qızıl medal
"Sabah"ın qapıçısı millinin düşərgəsindən ayrıldı
Qordon yeni baş məşqçisi haqda söhbət açdı
“Sabah” Sekidika ilə yollarını ayırdı
Mbappe daha bir fərdi mükafat qazandı
“Barselona” gənc hücumçusunu sata bilər
DAHA ÇOX

Ən çox oxunanlar