Boksçularımız 2025-ci ildə beynəlxalq yarışlarda 231 medal qazanıblar

Boksçularımız 2025-ci ildə beynəlxalq yarışlarda 231 medal qazanıblar

Azərbaycan boksçuları 2025-ci ildə beynəlxalq yarışlarda 231 medal qazanıb.

Sports.az xəbər verir ki, bu barədə Boks Federasiyası məlumat yayıb.

Bu il müxtəlif yaş qrupları üzrə Azərbaycan milliləri 231 medal qazanıblar. Komandalar bu mükafatları qatıldıqları 47 beynəlxalq yarışda əldə ediblər. Onlardan 69-u qızıl, 60-ı gümüş və 102-si bürüncdür. Nəticədə komandalar ötən illə müqayisədə 44 faiz irəliləyişə nail olublar.

Boksçular 231 mükafatdan 5-ni dünya, 55-ni Avropa çempionatlarında (hər ikisi "World Boxing" və IBA) əldə edib. İdmançılar Gimnaziada İdman Oyunlarında 21 (9-8-4), Dünya kubokunda 3 (0-0-3), III MDB Oyunlarında 24 (6-5-13) və VI İslam Həmrəyliyi Oyunlarında 6 (1-3-2) dəfə fəxri kürsüyə qalxıblar.

Yığmamızın heyətində Bilalhəbaşi Nəzərov (50 kq) U-19 Avropa çempionatında qızıl medal qazanmaqla boks tariximizə gənclər arasında qitə birinciliyinin ikiqat qalibi kimi düşüb. Xumar Cəfərli (75 kq) də məktəblilərin Avropa çempionatında birinci olmaqla, ilki reallaşdırıb. O, bu yaş qrupunda qızıl medala sahib olan azərbaycanlı qız boksçu kimi adını tarixə yazdırıb.

Abbasəli Məmmədli (48 kq), Nurlan Müseyibli (66 kq), Zirəddin Rüstəmli (70 kq), Mehran Rəsulov (80 kq) məktəblilərin, Əminə Tağı (50 kq), Gülər Hüseynova (48 kq) və Qardaş Rəhimov (46 kq) yeniyetmələrin Avropa çempionatlarında bütün rəqiblərini məğlub edərək Azərbaycan himnini səsləndiriblər.

19 yaşlı Sübhan Mamedov (50 kq) U-23-lər arasında Avropa, böyüklər arasında dünya çempionu tituluna yiyələnib. Komandalarımız dünya və Avropa çempionatlarında 2024-cü illə müqayisədə 72 faiz yüksək nəticə göstəriblər.

Müxtəlif yaş qrupları üzrə milli komandalarımız 47 yarışda 477 boksçu ilə təmsil olunub. Onlardan 48,4 faizi çıxışını medalla başa vurublar.

Qeyd edək ki, 1 il öncə boksçularımız 35 beynəlxalq yarışda 135 (44-48-68) medal qazanmışdı.

Son xəbərlər
ÇL-də mövsümün ən yaxşı gənc oyunçusu açıqlandı
Konate “Liverpul”dan getdi
Slotun qovulması “Liveprul”un oyunçularına necə təsir bağışlayıb?
Çempionlar Liasında həftənin rəmzi komandası açıqlandı
ÇL-də mövsümün ən yaxşı oyunçusu bəlli oldu
Nataniel Braun İngiltərə Premyer Liqasına üz tuta bilər
Uruqvay millisinin DÇ-2026 üçün heyəti bəlli oldu
“Neftçi"dən təklif alanda çox sevindim” - İqor Ribeyro
“Mançester Yunayted”in müdafiəçisi A Seriyasına üz tuta bilər
Stolüstü tennisçilərimizdən Avrasiya Liqasında uğurlu nəticə
“Bayern” Raşfordu satın ala bilər
“İnter” “Udineze”nin müdafiəçisi ilə maraqlanır
“Nyukasl” yeni hücumçu axtarışındadır
Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşacaq
“Zirə”də beş ayrılıq
“Şamaxı”da daha bir ayrılıq
“Milan”ın ulduzu Premyer Liqaya keçə bilər
Yığmamızın Avropa Liqası üçün heyəti açıqlandı
Bernal “Barselona”ya gərəkdirmi?
Azərbaycan çempionatının qalibləri müəyyənləşdi
Slotun alacağı təzminat haqqının məbləği məlum oldu
“Komo” “Arsenal”ın yarımmüdafiəçisi ilə maraqlanır
Ulduz hücumçusu “Liverpul”da qalmağa hazırdır?!
Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək
Raşforda gözlənilməz iddiaçı ortaya çıxdı
Avropa Kubokunun ilk günündə 1 qızıl medal
"Sabah"ın qapıçısı millinin düşərgəsindən ayrıldı
Qordon yeni baş məşqçisi haqda söhbət açdı
“Sabah” Sekidika ilə yollarını ayırdı
Mbappe daha bir fərdi mükafat qazandı
DAHA ÇOX

Ən çox oxunanlar